Tovuzda güllələnən şəxs keçmiş məhkəmə sədri olub.
E-huquq.az xəbər verir ki, Firudin Ələkbərli 90-cı illərdə Tovuz rayon xalq məhkəməsinin sədri vəzifəsində çalışıb. O, 1995-ci ildə nöqsanlara görə tutduğu vəzifədən azad edilib. O, hadisədən sonra xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.
***
Saat 09:59
Vəkillər Kollegiyası (VK) Azərbaycanda vəkilin güllələnməsi barədə yayılan xəbərə münasibət bildirib.
Kollegiyadan e-huquq.az-a verilən xəbərə görə, həmin şəxs vəkil deyil: "Vəkil Vəkillər Kollegiyasının üzvü olmalıdır. Həmin şəxs isə kollegiyanın üzvü deyil və biz onu tanımırıq. Özünü vəkil kimi təqdim edə bilər, amma vəkil deyil".
