BDU-nun Hüquq fakültəsinə qəbul olunmuş tələbələrin sayı məlum oldu

BDU-nun Hüquq fakültəsinə qəbul olunmuş tələbələrin sayı məlum oldu 


  • 13 Sentyabr 2019 17:37

Bu il Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinə 350 tələbə qəbul olub.

Bunu E-huquq.az-a açıqlamasında BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə sözügedən fakültəyə qəbul olunmuş tələbələrin sayında heç bir dəyişiklik yoxdur: “Keçən il də BDU-nun Hüquq fakültəsinə 350 tələbə qəbul olunmuşdu. Bu baxımdan ötən illə müqayisədə qəbul olunmuş tələbələrin sayı eyni olaraq qalıb”.

P.İbrahimova onu da qeyd edib ki, bu il BDU-dan Prezident təqaüdünə layiq görülmüş bütün tələbələrin hamısı Hüquq fakültəsinə qəbul olunub: “Bu il BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Onların hamısı Hüquq fakültəsinin tələbəsidir”.

O bildirib ki, Hüquq fakültəsinin Prezident təqaüdü alacaq tələbələri ali məktəblərə qəbul imtahanında 670-692 arasında bal toplayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın 9-da 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Məftun Salmanov

Oxşar xəbərlər

  • 2 May 09:53
Qubada ev yandı