Məzmuna keç

Pirallahıda dəhşətli qəza: 1 ölü, 2 yaralı

Pirallahıda dəhşətli qəza: 1 ölü, 2 yaralı

Bakının Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, rayonun Gürgan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən paytaxt sakini M.Misirovun idarə etdiyi “Ford Karqo” markalı avtomobilə vurub.

Nəticədə E.Abbasovun sərnişini Fuad Məcnunov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Pirallahı rayon polis şöbəsində araşdırma aparılır.