Məzmuna keç

Bakıda sərxoş kişi dənizə düşdü

Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizə düşməsi ilə bağlı məlumat yayıb.

FHN-dən e-huquq.az-a verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilib.