Məzmuna keç

Bakı metrosunda sərnişin vəfat etdi

Bakı Metropolitenində ölüm hadisəsi qeydə alınıb.

E-huquq.az xəbər verir ki, təxminən səhər saat 06:30-da Bakı sakini, 1955-ci il təvəllüdlü Zülfəli Kazımov metronun "Əhmədli" stansiyasının platformasında qatar gözləyərkən dünyasını dəyişib. Onun ürək tutmasından dünyasını dəyişdiyi qeyd olunur.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb.