Sumqayıt Dövlət Universiteti (SDU) tələbənin bıçaqlanması ilə bağlı məsələyə münasibət bildirib.
E-huquq.az xəbər verir ki, IV kurs tələbələrinin dərsə gəlmədiyi, onların istehsalat təcrübəsində olurduqları qeyd olunub.
“Məlum hadisə isə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib. Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı aprelin 14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. Hazırda vəziyyəti qənaətbəxşdir", – deyə bildirilib.
