Nizami Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan e-huquq.az-a daxil olan məlumatda deyilir:
"Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Sevinc Məhərrəmovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".
***13:59
Bakıda metronun qarşısında qətl baş verib.
E-huquq.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, "Neftçilər" metrostansiyasının qarşısında baş verib.
Stansiyanın qarşısında oğul anasını bıçaqlayaraq qətl yetirib.
O qətli törədəndən sonra hadisə yerindən qaçıb. Hüquq- mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən 15 yaşlı şəxs saxlanılıb.
