Məzmuna keç

Rövşən Əsgərova Rusiyada nasizmin bərpa olunması ittihamı ilə cinayət işi açılıb

Rusiyada “Kim, Harda və Nə vaxt” intellektual oyunun tanınmış iştirakçısı, azərbaycanlı Rövşən Əsgərova qarşı nasizmin bərpa olunması ittihamı ilə cinayət işi açılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, həmyerlimiz Rövşən Əsgərova qarşı sosial şəbəkələrdəki paylaşımlarına görə nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Rövşən Əsgərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi (Nasizmin reabilitasiyası) ilə başlanmış cinayət işini araşdırır”, – deyə məlumatda qeyd olunub.

Mənbə: APA