Məzmuna keç

Bakıda özünü binadan atan məktəbli kişinin başına düşdü –

Bakıda məktəbli intihar edib.

E-huquq.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, orta məktəbdə oxuyan qız özünü yaşadığı binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.

Binadan özünü atan 2005-ci il təvəllüdlü Xumar Babayevadır. O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb.

Qeyd edək ki, dünən Xumar Babayevanın ad günü olub.