Tanınmış jurnalist Aytən Məmmədovaya yaşadığı binanın girişində hücum edilib.
E-huquq.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını istəyib.
Hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat verilib.
***
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar nazirliyə məlumat daxil olub, araşdırmalara başlanılıb.
