"Jurnalist Aytən Məmmədovaya qarşı baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddə ilə cinayət işi başlanılıb. O, məhz peşə fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ölüm təhdidi alıb".
E-huquq.az xəbər verir ki, bunu vəkil Fariz Namazlı bildirib.
O qeyd edib ki, A. Məmməovaya qarşı törədilən hadisə adi məişət xarakterli cinayət hadisəsi deyil: "O, jurnalist kimi material hazırlamaqdan imtina edilməsinə görə təhdid edilib. Ona görə burada təkcə Cinayət Məcəlləsinin 134-cü maddə deyil, həm də 163-cü (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) maddəsinin tərkib əlamətləri mövcuddur".
Qeyd edək ki, Aytən Məmmədova yaşadığı binanın blokunda tanımadığı şəxsin bıçaqlı hücumuna məruz qalıb.
Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.
