“Aqroservis” ASC-də yanğın olub.
Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Zərdab şəhərində ASC-nin ərazisində tutumu 80 ton olan çənin (kəsilməkdə olan) içərisində neft qalıqları yanıb. Yaxınlıqdakı çənlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
