Məzmuna keç

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub.

Bu barədə e-huquq.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar saat 21:00-da 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 61 kilometr dərinlikdə yerləşib.