Məzmuna keç

FHN Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Şəkidə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

FHN-dən e-huquq.az-a bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.