Məzmuna keç

Şirvanda 56 yaşlı şəxs kollektorda batdı

Şirvanda 56 yaşlı şəxs kollektorda batıb.

E-huquq.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

"112" qaynar telefon xəttinə Baş Şirvan Kollektorunun Şirvan şəhəri ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Cavadov Təyyar Mirhəsən oğlunun batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.