Bakıda körpə 7-ci mərtəbədən yıxıldı, hamilə anası da özünü onun ardınca atdı


  • 20 İyun 2022 14:30

“Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarının birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

E-huquq.az xəbər verir ki, bu barədə Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.

Onun sözlərinə görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur:

“2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir”.

Oxşar xəbərlər