Məzmuna keç

Bakının mərkəzində partlayış baş verib –

Paytaxtın Səbail rayonu, Nizami (Tarqovu) küçəsində partlayış qeydə alınıb.

FHN-dən e-huquq.az-a verilən məlumata görə, paytaxtın Torqovı deyilən ərazisində yeraltı rabitə xəttində yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

Daxili İşlər Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını dəvət ediblər.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.

***

Paytaxtın Nizami küçəsində partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə video şəklində paylaşılıb. Baş verən partlayışın səbəbi hələlik məlum deyil.

Həmin görüntüləri təqdim edirik: