Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribov dünyasını dəyişib.
E-huquq.az-ın məlumatına görə, ürək xəstəliyindən əziyyət çəkən F.Qəribov ötən gün axşam saatlarında vəfat edib.
Qeyd edək ki, F. Qəribov 1958-ci ildə anadan olub. O, 1995-2000-ci illərdə Naxçıvan MR prokuroru olub, 2011-ci ildən isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
Allah rəhmət eləsin!
