Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayonu icra şöbəsinin inzibatı binasında yanğına dair yayılan xəbərlərlə münasibət bildirib.
E-huquq.az-ın məlunatına görə, nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib ki, yanğın nazirliyin həmin qurumunun binasında deyil, qonşuluqdakı çay evində baş verib: "Yanğın Xətai rayonu icra şöbəsinə keçməyib. Hazırda yanğın söndürülüb, xəsarət alan yoxdur".
