Mənzillərdən oğurluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılır


  • 24 Yanvar 2023 12:16

Ağdaş rayonunda mənzillərdən oğurluq etməkdə təqsirləndirilən Mənsur Məhərrəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib. İş hakim Nizam Əliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il Ağdaş rayon ərazisində yerləşən 3 evdən məişət və qızıl-zinət əşyaları, eləcə də mobil telefonun oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub. Aparılan araşdırmalar zamanı cinayət hadisələrinin eyni şəxs tərəfindən törədildiyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən keçmiş məhkum Mənsur Məhərrəmov tutularaq istintaqa təhvil verilib. Onun ayrı-ayrı şəxslərə satdığı əşyaların bir neçəsi maddi sübut kimi götürülüb.

Eltac Nurullazadə

Oxşar xəbərlər