Məzmuna keç

Bakı-Dehli təyyarəsi qeri qayıtdı

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2-5001 Bakı-Dehli reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, təyyarə yerli vaxtı ilə saat 02:50-də Bakı hava limanına uğurla eniş edib.

Reysin sərnişinləri Dehli şəhərinə digər təyyarə ilə 06:25-də yola düşüblər.