Məzmuna keç

Göygöldə yaşayış evi uçub, 1 nəfər uçqun altında qalıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.

Nazirlikdən e-huquq.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Hazırda axtarış-xilasetmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.