Sumqayıt şəhərində təmirdə olan orta məktəb binasında yanğın baş verib.
E-huquq.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, binanın sahəsi 3600 kvadratmetr olan üçmərtəbəli korpusunun birinci mərtəbəsinin dəhlizində həcmi 25 litr olan boya ilə dolu qab və 2 kvadratmetr sahədə taxta tullantıları yanıb.
Nazirliyin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Məktəb binası yanğından mühafizə olunub.
