Məzmuna keç

Bakıda gənc qız və oğlan binadan atılaraq intihar edib

Bakıda gənc qız və oğlan binadan atılaraq intihar edib

Bakıda iki gəncin ölümü ilə nəticələnən intihar hadisələri baş verib.

E-huquq.az xəbər verir ki, Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, intiharlardan biri paytaxtın Nizami rayonunda qeydə alınıb.

Q.Qarayev küçəsi, 81 A ünvanında 19 yaşlı oğlan özünü 9-cu mərtəbədən atıb. O, hadisə yerindəcə dünyasını dəyişib.

Digər analoji hadisə Bakının Nərimanov rayonunda, Aşıq Molla Cümə küçəsi, bina 7A ünvanında olub. Burada 25 yaşlı qızözünü binanın yuxarı mərtəbəsindən yerə atıb. O da aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Ölənlərin şəxsiyyəti hələ ki, məlum deyil.