Bir qədər əvvəl Bakının Heydər Əliyev prospektinin Atletlər kəndinin qarşısından keçən hissəsində (şəhər istiqamətində) yol nəqliyyat hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, bu səbəbdən də hazırda qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var: "Bu isə öz növbəsində həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır”.
