Saatlı rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, rayonun Novruzlu kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinin qamışdan ibarət tavanı 12 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
