Məzmuna keç

Zərdabda Qarasu çayının sahilindən silah-sursat aşkarlandı

Zərdab Rayon Polis Şöbəsinə Qarasu çayının sahilindən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan e-huquq.az-a verilən məlumata görə, hadisə yerinə baxış keçirilib və ərazidən 1 ədəd tapança, 34 patron və daraq aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.