Məzmuna keç

Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib

Sumqayıtda müxtəlif ünvanlarda beş nəfər dəm qazından zəhərlənib.

E-huquq.az xəbər verir ki, hadisə “Betonzavod” adlanan yaşayış massivində və Zeynalabdin Tağıyev adına qəsəbədə fərdi yaşayış massivində qeydə alınıb.

"Betonzavod" adlanan ərazidə fərdi yaşayış evində Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Mehdiyeva Fərqanə Elbrus qızı, 2005-ci il təvəllüdlü Mehdiyeva Əfsanə Elbrus qızı və 2003-cü il təvəllüdlü Abdullayeva Fidan Süleyman qızı, Zeynalabdin Tağıyev adına qəsəbəsində yaşayan, 1956-cı il təvəllüdlü Cəfərova Nigar Mirdövlət qızı, 2005-ci il təvəllüdlü Astanova Nərmin Elgün qızı zəhərləniblər.

Dəm qazından zəhərlənən şəxslər dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.