Bakıda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub


  • 18 Mart 09:10

Bakı şəhərinin Nizami rayonunda anbar kimi istifadə olunan obyektlərdə yanğın olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, bir dam altında tikilən ümumi sahəsi 1 440 m² olan 18 ədəd anbar kimi istifadə olunan obyektlərdən 3 ədədinin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə və içərisinə yığılan əşyalar qismən yanıb. Bitişik obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər