Məzmuna keç

Gədəbəydə piyadanı avtomobil vuraraq öldürüb

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

E-huquq.az xəbər verir ki, rayonun Kiçik Qaramurad kənd ərazisində avtomobil 2011-ci il təvəllüdlü Nağıyev Elmir Azər oğlunu vurub.

Nəticədə piyada ağır xəsarət alıb və xəstəxanaya aparılan zaman dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.