Məzmuna keç

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb

Abşeron rayonunda anbarda yanğın olub, üç avtomobil külə dönüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markalı yük avtomobili, "Toyota" və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb. Bitişik Sex yanğından mühəfizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.