- 14 Oktyabr 23:20
Türkiyənin Tunceli əyalətinin Ovacık rayonunda zirehli maşının aşması nəticəsində 4 əsgər həlak olub.
E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya bildirib.
Məlumata görə, zirehli hərbi avtomobilin aşması nəticəsi Ömər Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı və Doğan Kızılateş şəhid olublar.
Yol qəzasında Çavuş Muhammet Koyuncu yaralanıb. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.