Məzmuna keç

DİN 2 nəfərin ölümü ilə nəticələn yol qəzası barədə məlumat yayıb

DİN 2 nəfərin ölümü ilə nəticələn yol qəzası barədə məlumat yayıb

Siyəzən rayonunun Yenikənd kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, mayın 31-də saat 8 radələrində Siyəzən rayonunun Yenikənd kəndi ərazisində Xaçmaz rayon sakini Yaşar Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişinlərdən Bakı şəhər sakini Lapina İvanovna və Şabran rayon sakini Mövlüd Əmiraslanov hadisə yerində ölüb, digər bir sərnişin isə xəstəxanaya yerləşdirilib.