Məzmuna keç

Ağsuda 41 yaşlı kişi intihar etdi

Ağsu rayonunda intihar hadisəsi qeydə alınıb.

E-huquq.az xəbər verir ki, martın 15-i saat 07:00-da 1984-cü il təvəllüdlü Raman Ağaqulu oğlu Feyzullayev yaşadığı Rəhimli kəndindəki evin həyətində özünü asıb.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.