Məzmuna keç

Biləsuvarda ticarət mərkəzlərindən birində bıçaqlanma oldu

Biləsuvarda ticarət mərkəzlərindən birində bıçaqlanma olub.

E-huquq.az xəbər verir ki, 2003-cü il təvəllüdlü rayon sakini Samir Abbaszadə ilə İkram Babayev arasında mübahisə yaranıb.

Mübahisə zamanı İkram Babayev Samir Abbaszadəyə bıçaqla xəsarət yetirib.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.