Məzmuna keç

Lənkəranda toyda gəlinin dayısı öldü

Lənkəranda toyda ölüm hadisəsi olub.

E-huquq.az-ın məlumatına görə, hadisə Lənkəran şəhərində yerləşən şadlıq saraylarından birində baş verib.

Belə ki, Cəlilabadın Qarayar kəndindən Lənkərana bacısı qızının toyuna gedən 1976-cı il təvəllüdlü Səyyad Yaqubovun halı anidən pisləşib.

O, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, kişi ürəktutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.