Məzmuna keç

Şərurda 36 yaşlı kişini cərəyan vuraraq öldürüb

Şərur rayonunda 36 yaşlı kişini elektrik cərəyanı vurub.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Yuxarı Yaycı kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Rahib Valeh oğlu elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.