Məzmuna keç

Gəncədə “Hyundai” markalı avtomobil yandı

Gəncə şəhərində “Hyundai” markalı minik avtomobilinin akkumlyatoru və 0,5 paq.m elektrik naqili yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.