Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirildi - FOTO


  • 14:37

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmaqla, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən dövlət gənclər siyasətinə uyğun olaraq, hazırlıq səviyyəsi və mənəvi keyfiyyətləri ilə seçilən gənclərin cəmiyyətdə layiqli yer tutması məqsədilə gənc hüquqşünasların tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında prokurorluq orqanlarında qulluğa qəbulu üzrə görülən tədbirlər davam etdirilir.

Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq Baş Prokurorluq tərəfindən elan edilmiş sayca 28-ci müsabiqənin Dövlət İmtahan Mərkəzi ilə birgə 09 oktyabr 2026-cı il tarixdə ilkin mərhələsi olan test imtahanı keçirilib.

İmtahan saat 10:00-dan başlayaraq 3 saat ərzində kompüterlər vasitəsilə elektron qaydada Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda keçirilmiş və imtahanı qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə ediblər.

Müsabiqə iştirak etmiş 325 nəfər namizəddən 70 və daha artıq bal toplamış 137 namizəd müsabiqənin növbəti mərhələsi olan yazılı imtahanda iştirak etmək hüququ qazanıb.

Nəticələr Dövlət İmtahan Mərkəzinin (www.dim.gov.az) və Baş Prokurorluğun (www.genprosecutor.gov.az) rəsmi internet səhifələrində yerləşdirilib.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə Baş Prokurorluğun rəsmi internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə əlavə məlumat veriləcək.

Oxşar xəbərlər