Məhbuslar arasında xəstəlikdən ölüm halları ilbəil azalır


  • 7 Avqust 2020 12:10

"Məhbuslar cəmiyyətin bir hissəsidir və cəmiyyətdə hansı xəstəliklərə daha çox rast gəlinirsə, penitensiar müəssisələrdə də həmin xəstəliklər mövcuddur. Bəzi hallarda onlar azadlıqdan gələrkən özləri ilə müəyyən xəstəliklər gətirirlər".

E-huquq.az-ın məlumatına görə, bu sözləri Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi müavini İftixar Qurbanov onlayn müzakirədə deyib. Onun sözlərinə görə, görülən tədbirlər, tətbiq olunan müayinə-müalicə metodları sayəsində penitensiar müəssisələrdə xəstəliklərdən ölüm halları ilbəil azalır.

"1995-ci illə müqayisədə ölüm halları 15 dəfə azalıb. 2000-ci ildə bu göstərici 2,7 dəfə, 2010-cu ildə isə 1,2 dəfə olub. Ümumiyyətlə, azalmada müsbət dinamika müşahidə olunur. Bu ilin ilk 6 ayı ərzində baş verən ölüm halları da ötən illə müqayisədə nəzarəçarpacaq dərəcədə azalıb. Bu da göstərilən tibbi xidmətin effektinin göstəricisidir", - deyə İ.Qurbanov qeyd edib

Oxşar xəbərlər