Məzmuna keç

Vətəndaşların prokurorluq orqanlarına müraciətini asanlaşdırmaq üçün yeni proqram yaradıldı

Vətəndaşların prokurorluq orqanlarına daha asan müraciətini təmin etmək üçün mobil tətbiq proqramı yaradılıb.

E-huquq.az-ın məlumatına görə, bunu Baş Prokurorluğun Kriminalistika və İnformasiya texnologiyaları idarəsinin rəisi Murad Dadaşov deyib.

O bildirib ki, vətəndaş bu proqram vasitəsilə nəinki baş prokurorluğa müraciət edə bilər, eyni zamanda müraciətlərin baxılmasını, gedişatını da izləyə bilər.