Baş Prokurorluq: Bakıda intihar edən qadının şəxsi yazışmaları araşdırılacaq


  • 20 Fevral 2021 21:06

Bəzi sosial şəbəkə səhifələrində fevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən S.Atakişiyevanın şəxsi yazışmalarını əks etdirən fotoşəkil və informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, bununla bağlı araşdırmalar aparılır.

"Bildiririk ki, yayılmış foto və məlumatlar üzrə Xətai Rayon Prokurorluğunda hərtərəfli araşdırmaların aparılması təmin ediləcəkdir", - deyə məlumatda qeyd edilir.

Oxşar xəbərlər