Dövlət Miqrasiya Xidməti ikili vətəndaşlığı olan şəxslərə müraciət etdi


  • 4 Mart 2021 11:48

Başqa bir dövlətin vətəndaşlığını qəbul etmiş şəxslər bu barədə rəsmi qurumlara məlumat verməlidirlər.

E-huquq.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov məlumat verib.

Onun sözlərinə görə, məlumatlar mütləq qaydada bir ay müddətinə aidiyyəti orqanlara bildirilməlidir:

“Unutmaq olmaz ki, bu şəxslər başqa dövlətin vətəndaşlığını qəbul etdikləri barədə 1 ay müddətinə Dövlət Miqrasiya Xidmətinə və ya həmin ölkədə fəaliyyət göstərən Azərbaycan Respublikasının Səfirliyinə və Konsulluğuna yazılı surətdə müraciət etməlidirlər. Bununla bağlı rəsmi müraciət forması Dövlət Miqrasiya Xidmətinin saytında yerləşdirilib. Həmin ərizə formasını doldurduqdan sonra göndərmək kifayət edir”.

E.Kələntərov uzun müddət əvvəl başqa dövlətin vətəndaşlığını qəbul edən şəxslərlə bağlı məsələyə də münasibət bildirib:

“Əgər başqa dövlətin vətəndaşlığını qəbul etmisiniz və məlumat vermək üçün gecikmisinizsə, narahat olmayın. Məlumat vermək üçün gec deyil”.

“İkili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikası tərəfindən yalnız Azərbaycan vətəndaşı kimi qəbul olunurlar”, - deyə o qeyd edib.

Oxşar xəbərlər