"Ötən il Baş Prokurorluğun İstintaq idarəsində 120 şəxs barəsində 96 cinayət işinin istintaqı tamamlanıb" - Kamran Əliyev


  • 24 Yanvar 2022 10:41

2021-ci ildə Baş Prokurorluğun İstintaq idarəsində 328 cinayət işinin ibtidai istintaqı aparılmaqla 120 şəxs barəsində 96 cinayət işinin istintaqı yekunlaşdırılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirib.

O bildirib ki, bunlardan 24 şəxs barəsində 17 iş qəsdən adamöldürmə faktları ilə bağlı olub.

"İstintaq idarəsində ibtidai istintaqı tamamlanan cinayət işləri üzrə 67 milyon 165 min manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib", - deyə Baş prokuror qeyd edib.

Oxşar xəbərlər