"Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir" - Baş prokuror


  • 4 Aprel 10:31

"Xəzər dənizi bizim dövlətlərin ortaq dəyəridir, tarixən bizim xalqlarımızın inkişafında öz rolunu oynayıb".

E-huquq.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin "Xəzər Dənizinin Akvatoriyasında Ekoloji Hüquqpozmalar: Dəniz Mühitinin Qorunması üçün Prokurorluq Orqanlarının Strategiyaları" mövzusunda beştərəfli görüşü zamanı deyib.

O bildirib ki, Xəzərin təbiətinin mühafizəsi və biomüxtəlifliyinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi bizim mənəvi borcumuzdur: "Əminəm ki, bu gün aparılacaq qarşılıqlı müzakirələr regionumuzda ətraf mühitin mühafizəsi, ələlxüsus da cinayətkarlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi baxımından faydalı olacaq, bu sahədə gələcək əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək".

Oxşar xəbərlər