Baş Prokurorluq Gəncədə konfrans keçirəcək


  • 27 May 10:44

Baş Prokurorluq tərəfindən Gəncədə «Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma» adlı işgüzar konfrans keçiriləcək.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 30-da Baş Prokurorluq tərəfindən Gəncədə 15 regionun prokurorluqları, hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək.

Tədbir zamanı, həmçinin, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq. Toplantı çərçivəsində, Gəncə şəhər prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfranslar təşkil edilib.

Oxşar xəbərlər