Heydər Məmmədov: "Prokurorluq orqanları tərəfindən ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirləri gücləndirilir"


  • 30 May 2024 14:48

"Prokurorluq orqanları tərəfindən ekoloji cinayətkarlığa qarşı mübarizə tədbirləri gücləndirilir".

E-huquq.az xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov mayın 30-da Gəncədə keçirilən "Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma" adlı işgüzar konfransla bağlı jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib ki, ekoloji cinayətkarlığa qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti böyükdür.

Qeyd edək ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, mayın 30-da Gəncədə "Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma" adlı işgüzar konfrans keçirilib.

Oxşar xəbərlər