- 1 İyun 12:17
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 10 yeni xidməti avtobus təqdim olunub.
E-huquq.az xəbər verir ki, xidməti avtobuslar müvafiq qurumların istifadəsinə verilib.
Qeyd edək ki, nazirliyə təqdim edilən "Hyundai County" markalı nəqliyyat vasitəsi 29 sərnişin yerlikdir. 2024-cü il istehsalı olan müasir təchizatlı avtobuslar şəxsi heyətin daşınması üçün nəzərdə tutulub.