Məzmuna keç

Penitensiar xidmətin rəisi vətəndaşları qəbul edəcək

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Şirvanda vətəndaşları qəbul edəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Ceyhun Həsənov fevralın 1-də Şirvan regional ədliyyə idarəsində (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17) vətəndaşları qəbul edəcək.

E-huquq.az xəbər verir ki, qəbulda Şirvan, Hacıqabul, Saatlı, Sabirabad və Salyan rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şirvan regional ədliyyə idarəsi (əlaqə telefonu: (02121) 5-15-66, 5-67-27, (051) 927-66-99, habelə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (012) 493-54-30 və (051) 235-00-35 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə naziri müavininin həmin gün keçiriləcək qəbuluna Nazirliyin elektron xidmətlər portalı (www.exidmet.justice.gov.az) vasitəsilə elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb.