Baş prokuror Binəqədi rayonunda vətəndaşları qəbul edəcək


  • 14 İyun 11:43

Baş prokuror Kamran Əliyev iyunun 21-də saat 10:00-da Binəqədi rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Vətəndaşlar qəbulla bağlı Binəqədi rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Oxşar xəbərlər